Koronavirusa görə təxirə salındı- “Qalatasaray”ın oyunubackend

“Qalatasaray”ın bu gün TFF II liqa təmsilçisi “Eyüpspor”la keçirməli olduğu yoxlama görüşü ləğv olunub.

Sportfan.az xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub.

“Eyüpspor”un bir futbolçusunun koronavirus testinin pozitiv çıxması tərəfləri bu addıma vadar edib. Aşağı liqa təmsilçisi bununla bağlı İstanbul nəhəngini məlumatlandırıb və matçın ləğvinə qərar verilib.

Qeyd edək ki, son vaxtlar Türkiyənin Super Liqa və aşağı liqa klublarının bir neçəsində koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.