Kuarejmanın yeni klubu müəyyənləşdibackend

“Kasımpaşa”dan ayrılan Rikardo Kuarejmanın yeni klubu müəyyənləşib.

Sportfan.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi karyerasını ölkəsinin əsas liqa təmsilçisi “Vitoriya” klubunda davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, R.Quarejma “Kasımpaşa”ya ötən il “Beşiktaş”dan keçmişdi. O, geridə qalan mövsüm Superliqada 26 matça çıxıb və 4 qol vurub.