Kulibalinin əvəzləyicisini Fransada tapdı- “Napoli”backend

Kaludi Kulibalini “Mançester Siti”yə 75 milyon avroya satmağa hazırlaşan “Napoli” yeni müdafiəçi axtarışına çıxıb.

Sportfan.az xəbər verir ki, neapollular “Lion”un mərkəz müdafiəçisi Ceyson Denayeri seneqallı futbolçunun əvəzləyicisi kimi görür.

Belçika millisinin üzvünün agenti İtaliya təmsilçisinə bu keçidin 30 milyon avroya reallaşa biləcəyini çatdırıb. “Napoli” Kulibalini 75 milyon avroya satdıqdan sonra rəsmi təklif göndərməyi planlaşdırır.

“Lion” 25 yaşlı futbolçunu 2018-ci ildə “Mançester Siti”dən 10 milyon avroya transfer edib.