Külli miqdarda dələduzluq edilib- Konteyə qarşıbackend

İtaliyanın “İnter” futbol komandasının baş məşqçisi Antonio Konte dələduzluğun qurbanı olub.

Sportfan.az “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis İngiltərənin “Çelsi” klubunda çalışdığı vaxt maliyyəçi Massimo Boçikkoya 30,6 milyon avro sərmayəsini etibar edib.

İtaliyalı baş məşqçi 2020-ci ildə sərmayələrindən dividend götürəcəyinə dair söz alıb. Lakin iyunda Konte və sxemin digər yeddi iştirakçısı araşdırmalara başladıqda, dələduzluğa məruz qaldıqlarını üzə çıxarıblar.

Qeyd edək ki, Antonio Konte 2019-cu ildə “İnter”in baş məşqçisi təyin edilib.