Kuman istədi, “Barselona” yox dedibackend

“Barselona”nın yeni baş məşqçisi Ronald Kuman “İnter”in futbolçusu Romelu Lukakunu komandasında görmək istəyib.

Sportfan.az İspaniya mətbuatına istinadən xəbər verir ki, ancaq Kataloniya klubu maliyyə problemləri səbəbindən 27 yaşlı hücumçunu transfer edə bilməyib.

Bildirilib ki, Kuman belçikalı oyunçunu komandadan ayrılacağı gözlənilən Luis Suaresin əvəzləyici kimi görürdü.

Qeyd edək ki, R.Lukaku ötən mövsüm A Seriyasında 36 matçda 23 qol vurub və 3 qolun ötürməsini verib.