La Liqa mövsümünün startı təxirə salındıbackend

İspaniya çempionatında yeni mövsümün startı təxirə salınıb.

Bu barədə Sportfan.az İspaniya  istinadən xəbər verir.

Qeyd edilir ki, La Liqanda yeni mövsümün 11 sentyabra planlaşdırılan ilk matçı “Qranada” ilə “Atletik” arasında olmalı idi. Lakin bu tarixlə razılaşmayan İspaniya Krallığı Futbol Federasiyası apelyasiya verərək onu udub.

La Liqanın prezidenti Xavyer Tebas matçların çərşənbə axşamı və cümə günü keçirilməsində maraqlıdır, lakin bu, federasiya tərəfindən dəstəklənmir.

“Qranada” – “Atletik” matçı 12 sentyabra, “Alaves” – “Betis” oyunu isə 13 sentyabra təxirə salınıb.

Qeyd edək ki, İspaniya Krallığı Futbol Federasiyası 2020/2021 mövsümündə La Liqa və Sequndada tətbiq olunacaq yeni qaydaları açıqlayıb. Hər iki liqada oyun ərzində 5 əvəzetmədən istifadə ediləcək.