La Liqa təmsilçisinin 2 üzvü koronavirusa yoluxdubackend

“Valensiya”nın iki üzvü koronavirusa yoluxub.

Sportfan.az klubun saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisinin düşərgəsində iki nəfərin koronavirus testi müsbət çıxıb. Həmin şəxslərin futbolçu, məşqçi və ya klubun işçisi olması barədə məlumat verilməyib.

Koronavirusa yoluxanların karantinə alındığı bildirilib.

Qeyd edək ki, “Valensiya” La Liqanı 53 xalla 9-cu pillədə tamamlayıb.