La Liqa2-də mövsüm bitmədi- koronavirusa görəbackend

İspaniya La Liqa2-də mövsümün son oyunu təxirə salınıb.

Sportfan.az xəbər verir ki, axırıncı – 42-ci turun “Deportivo” – “Fuenlabrada” qarşılaşması koronavirus pandemiyası səbəbindən baş tutmayıb.

Matç günü qonaq komandanın 7 futbolçusunun koronavirus testinin pozitiv çıxdığı aşkarlanıb. Dərhal təcili toplantı keçirən İspaniya Kral Futbol Federasiyası və La Liqa rəhbərliyi oyunun təxirə salınmasını qərara alıb. Bildirilib ki, “Fuenlabrada”nın futbolçuları sağaldıqdan sonra görüş keçiriləcək.