La Liqanı tərk edən 2-ci komandanın adına aydınlıq gəldibackend

İspaniya La Liqasını tərk edən ikinci komanda məlum olub.

Sportfan.az-ın xəbərinə görə, 37-ci turda “Qranada”ya 1:2 hesabı ilə uduzan “Malyorka”nın elita ilə vidalaşması dəqiqləşib. 32 xalla 20 komanda arasında 19-cu olan komanda son turun nəticəsindən asılı olmayaraq La Liqada qala bilməyəcək.

“Malyorka” ötən il Sequndadan La Liqaya yüksəlmişdi.

Qeyd edək ki, bundan əvvəl “Espanyol”un da elitanı tərk edəcəyi rəsmiləşib.