La Liqaya vəsiqə qazanan növbəti klub bilindibackend

Mallorca bir illik fasilədən sonra yenidən La Liqada oynamaq hüququ qazanıb.

sportfan xəbər verir ki, komanda Sequndanın 40-cı turunda Almeria-nın Cartagena-ya 2:3 hesablı məğlubiyyətindən sonra yüksək liqaya vəsiqəni təmin edib. 75 xalı olan Mallorca turniri ikinci pillədən aşağı sırada tamamlamayacaq.

Beləliklə, Palma-de-Malyorka təmsilçisi Espanyol-dan sonra növbəti mövsüm üçün La Liqaya yüksələn ikinci komanda olub.