Lamın rekorduna şərik oldu- Müllerbackend

Almaniyanın “Bavariya” klubunun futbolçusu Tomas Müller Çempionlar Liqasında 112-ci oyuna çıxıb.

Sportfan.az xəbər verir ki, bu, 1/8 finalın “Çelsi” ilə hazırda davam edən matçına təsadüf edib.

Tomas bununla da qitənin ən nüfuzlu klub turnirində ən çox oyun keçirən almaniyalı adına şərik çıxıb. O, sabiq komanda yoldaşı Filip Lamın rekordunu təkrarlayıb.