Lanqle karyerasıyla bağlı açıqlama verdibackend

Barcelona-nın futbolçusu Kleman Lanqle yeni mövsümdə də Kataloniya təmsilçisində çıxış edəcək.

 

Sportfan.az xəbər verir ki, bu barədə fransalı müdafiəçi öz açıqlamasında deyib:

“Ötən yay Barcelona ilə yeni müqavilə imzaladım. Yeni mövsümdə də klubda qalacam”.

Lanqlenin Barcelona ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. 25 yaşlı müdafiəçi son mövsümdə 48 oyunda 1 qol vurub.