Leipzig-də yeni müqaviləbackend

Leipzig klubu futbolçusu Dominik Soboslainin müqaviləsini yeniləyib.

sportfan.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Soboslai 2021-ci ilin yanvarından Leipzig-də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm Bundesliqada 12 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.