İspaniyanın “Leqanes” klubu baş məşqçisi Xavyer Aqirre ilə yollarını ayırıb.
Sportfan.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Meksikalı mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib.
Aqirre “Leqanes”ə 2019-cu ilin noyabrında baş məşqçi təyin edilmişdi. Onun komandası mövsümü 36 xalla 18-ci pillədə başa vuraraq La Liqanı tərk edib və növbəti mövsümdən Sequndada mübarizə aparacaq.