“Lester” 80 milyona satır- Benjamin Çiluellibackend

“Çelsi” transfer çalışmalarını davam etdirir.

Sportfan.az xəbər verir ki, London klubu müdafiənin sol cinahını gücləndirmək niyyətindədir.

“Zadəganlar”ın bir nömrəli hədəfi “Lester”li Benjamin Çiluelldir. 23 yaşlı oyunçunun keçidi ilə bağlı klublar arasında danışıqlar davam edir. “Lester” aparıcı oyunçusunu 80 milyon funt-sterlinqə sata biləcəyini vurğulayıb.

Qeyd edək ki, Benjamin Çiluell ötən mövsüm Premyer Liqada 27 oyun keçirib, 3 qol, 3 assist edib.