Levandovski klubunu dəyişə bilərbackend

Bayern Münich-in forvardı Robert Levandovski PSG-yə keçə bilər.

sportfan.az xəbər verir ki, L’Équipe nəşri Paris təmsilçisinin ulduz oyunçuyla maraqlandığını açıqlayıb. Mənbə PSG-nin bir sıra klubların elçi düşdüyü Kilian Mbappeni satacağı halda, bu transferi reallaşdırmaq istədiyini vurğulayıb.

Daha öncə Real-ın mövsümün sonunda polşalı forvardı heyətinə qatmağı planlaşdırdığı barədə informasiyalar yayılmış, İspaniya nəhənginin bu keçidə görə qarşı tərəfə 60 milyon avro ödəyəcəyi bildirilmişdi.

Levandovskinin Münhen klubu ilə olan müqaviləsinin müddəti 2023-cü ildə bitəcək. Robert bu mövsüm çıxdığı 28 Bundesliqa matçında 40 qol vurub.