Bu gün Avropa Liqasında III təsnifat mərhələsi start götürəcək.
Sportfan.az-ın xəbərinə görə, ilk oyun günündə bir matç keçiriləcək.
Günün yeganə qarşılaşması Kiprdə baş tutacaq. “Apollon” pley-offa vəsiqə uğrunda mübarizədə “Lex”i qəbul edəcək.
Bu cütün qalibi növbəti mərhələdə “Şarlerua” (Belçika) – “Partizan” (Serbiya) matçının güclüsü ilə qarşılaşacaq. Bu oyun sabah baş tutacaq.
Qeyd edək ki, Avropa Liqasında mərhələnin digər oyunları sentyabrın 24-də keçiriləcək.
Avropa Liqası
III təsnifat mərhələsi
23 sentyabr
Əsas yol
20:00. “Apollon” (Kipr) – “Lex” (Polşa)