“Leyptsiq” yarımfinalda – Yenilənibbackend

Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunları davam edir.

Sportfan.az xəbər verir ki, bu gün daha bir görüş keçirilir. Lissabonun “Estadio Joze Alvalade” stadionunda Almaniyanın “Leyptsiq” klubu Madrid “Atletiko”su ilə qarşılaşır.

Mərhələ bir oyundan ibarət olduğundan qalib gələn tərəf yarımfinala vəsiqə əldə edəcək. Bu cütün qalibi final uğrunda oyunda ötən gecə yarımfinala yüksələn PSJ ilə qarşılaşacaq.

13 avqust

Çempionlar Liqası 1/4 final

23:00. “Leyptsiq” (Almaniya) – “Atletiko” (Madrid, İspaniya) – 2:1
Qollar:
 Olmo, 51 (1:0), Feliks, 70-pen. (1:1), Adams, 88 (2:1)

14 avqust

23:00. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya)


15 avqust

23:00. “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa)

12 avqust

“Atalanta” (İtaliya) – PSJ (Fransa) – 1:2