Lider qələbə qazandı – millimiz irəlilədibackend

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi davam edir.

Sportfan.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı 2-ci qrupda daha bir oyun keçirilib.

Qrupun lideri İsveçrə Slovakiyanın qonağı olub. 3 qolun vurulduğu matçda qonaqlar qələbə qazanıb. Meydan sahibləri hesabı açsa da, azlıqda qalan isveçrəlilər ardıcıl 6-cı qələbəni bayram edib. Gürcüstanın qalib gəlməsi, Slovakiyanın uduzması, Azərbaycan millisinin 4-cü yerə qalxması üçün yetərli olub.

Qeyd edək ki, günün digər matçında Lixtenşteyn Gürcüstana 0:2 hesabı ilə uduzub. Azərbaycan yığması isə sentyabrın 7-də Fransaya məğlub olub – 1:2.

U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi
2-ci qrup
8 sentyabr
19:00. Lixtenşteyn – Gürcüstan – 0:2

Spanderaşvili, 19, Samurkasovi, 34
22:15. Slovakiya – İsveçrə – 1:2
Strelets, 65 – Zeqiri, 87 (pen.), Zelqer, 90