Bu gün Çempionlar Liqasının son 1/4 final oyunu keçiriləcək.
Sportfan.az xəbər verir ki, Portuqaliyadakı “Joze Alvalade” stadionunda oynanılacaq matçda “Mançester Siti” “Lion”la üz-üzə gələcək.
Cütün qalibi yarımfinal mərhələsində “Bavariya” ilə qarşılaşacaq.
Qeyd edək ki, “Bavariya” ilə yanaşı, PSJ və “Leyptsiq” də yarımfinala vəsiqə qazanıb.
15 avqust
1/4 final
23:00. “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa) -1:3
Qollar: Kornet, 24 (0:1), Kevin de Brüyne, 69 (1:1), Dembele, 78 (1:2), 87 (1:3)
12 avqust
“Atalanta” (İtaliya) – PSJ (Fransa) – 1:2
13 avqust
“Leyptsiq” (Almaniya) – “Atletiko” (Madrid, İspaniya) – 2:1
14 avqust
“Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) – 2:8