“Lion” səfərdə məğlub oldubackend

Fransa Liqa1-də I turdan təxirə salınan bir oyun keçirilib.

Apasport.az saytının məlumatına görə, “Lion” Monpelyedə yerli komandanın qonağı olub.

Keçirdiyi ilk iki matçda 4 xal toplayan Rudi Qarsiyanın yetirmələri mövsümdə ilk məğlubiyyətini alıb. Birinci hissənin sonlarında meydanda azlıqda qalan “Lion” rəqibin hər hissədə 1 qoluna mane ola bilməyib. Qonaq komandanın gücü yalnız son dəqiqələrdə fərqi minimuma endirməyə çatıb.

Qeyd edək ki, I turdan təxirə salınan PSJ – “Mets” görüşü sabah, “Marsel” – “Sent-Etyen” matçı isə birigün keçiriləcək.

Fransa Liqa1-i
I turdan qalan oyun
15 sentyabr
“Monpelye” – “Lion” – 2:1

Savanyer, 38 (pen.), 59 – Depay, 82 (pen.)