“Lion” üzərində qələbəni şərh etdi- “Bavariya”nın baş məşqçisibackend

“Matçın çətin olacağını bilirdik, çünki rəqib “Yuventus” və “Mançester Siti” kimi komandaları mübarizədən kənarlaşdırmışdı”.

Sportfan.az xəbər verir ki, bu sözləri “Bavariya”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının yarımfinalında “Lion”a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra UEFA-nın saytına deyib.

O, Fransa klubunun taktiki cəhətdən güclü olduğunu söyləyib: “Əvvəldən bizim üçün problemlər yaratdılar. Özümüzü daha yaxşı müdafiə etməyimiz lazım olduğunu başa düşdük. Matçdan əvvəl onlar yalnız top itirməmək barədə danışdılar, yenə də səhv etdilər”.

Alman mütəxəssis finalda qarşılaşacaqları PSJ haqda da danışıb: “PSJ-nin əla heyəti var. Onlar bu mərhələyə layiqincə yüksəliblər. Bir sıra məqamları təhlil etməliyik, ancaq onların heyətində çox sürətli oyunçuların olduğunu bilirik. Müdafiədə oyunumuzu daha yaxşı təşkil etməyə çalışacağıq. Əsas gücümüz isə rəqibə güclü təzyiq göstərmək bacarığımızdır”.