Fransanın “Lion” klubunun futbolçusu Kenni Tete karyerasını İngiltərədə davam etdirəcək.
Sportfan.az xəbər verir ki, müdafiəçi “Fulhem”ə keçib.
Tete yeni klubu ilə 4 illik müqavilə imzalayıb. Çempionlar Liqasının yarımfinalçısı bu transferdən 3,2 milyon avro qazanıb.
Qeyd edək ki, futbolçunun gələcək transferinin 10 faizi də lionlulara çatacaq.