Liqa1- də daha 4 oyun – YENİLƏNİRbackend

Bu gün Fransa Liqa1-də I turun daha 4 oyunu keçiriləcək.

Sportfan.az xəbər verir ki, “Monako” Avropa Liqası iştirakçısı “Reyms”i qəbul edəcək.

Çempionatın debütantı “Loryen” doğma arenasında “Strasburq”la qarşılaşacaq.

Avropa Liqasında Fransanı təmsil edəcək “Nitsa” isə Liqa1-in digər debütantı “Lans”ı sınağa çəkəcək.

Turun “Monpelye” – “Lion” (15 sentyabr), PSJ – “Mets” (16 sentyabr) və “Marsel” – “Sent-Etyen” (17 sentyabr) oyunları təxirə salınıb.

Fransa Liqa1
I tur
23 avqust

15:00. “Monako” – “Reyms”
17:00. “Loryen” – “Strasburq”
17:00. “Nim” – “Brest”
19:00. “Nitsa” – “Lans”