Liverpool-da mövsümün futbolçusu müəyyənləşdibackend

Liverpool-da 2020-2021 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Sportfan.az xəbər verir ki, bu, Məhəmməd Salahdır. Misirli hücumçu azarkeşlərin səsverməsinə əsasən 1-ci olub. Braziliyalı yarımmüdafiəçi Fabinyo 2-ci, ingilis müdafiəçi Nataniel Filips 3-cü olub.

Qeyd edək ki, Salah Premyer Liqada başa çatan mövsümdə 37 oyuna 22 qol vurub, 5 məhsuldar ötürmə edib. O, mövsümün bombardiri Harri Keyndən (Tottenham) yalnız 1 qol az vurub.