“Liverpul” “Çelsi”ni məğlub etdibackend

Sportfan.az xəbər verir ki, matç Liverpulun “Enfild” stadionunda keçirilib və meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab 23-cü dəqiqədə açılıb – Nabi Keyt ilk qolun müəllifi olub. Qarşılaşmanın 38-ci dəqiqəsində Trent Aleksander-Arnold hesabdakı üstünlüyü artırıb – 2:0. Az sonra Jorjinyo Veynaldum Məhəmməd Salahın ötürməsini qola çevirib.

Birinci hissəyə əlavə olunmuş vaxtda daha bir futbolçu – Olivye Jiru fərqlənib. Qarşılaşmanın 55-ci dəqiqəsində isə Roberto Firmino 4-cü qolu qonaqların qapısına vurub.

Matçın ikinci hissəsi də maraqlı qollarla yadda qalıb. İkinsi hissənin ortalarında Temmi Abraham Kristian Pulişiçin ötürməsini uğurla başa çatdırıb. Matçın 73-cü dəqiqəsində Pulişiç özü hesabdakı fərqi azaldıb.

Oyunun sonlarında Aleks Oksleyd-Çemberlen Endrü Robertsonun ötürməsi ilə oyunda son nöqtəni qoyub.

“Liverpul” 96 xalla İngiltərə Premyer Liqasında birinci yerdə qərarlaşıb və çempion titulunu təmin edib. “Çelsi” 63 xalla 4-cü yerdədir.