“Liverpul” futbolçusunu  icarəyə verdibackend

“Liverpul” futbolçusu Oluvaseyi Ojonu icarəyə göndərib.

Sportfan.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi növbəti mövsüm icarə əsasında Çempionşip təmsilçisi “Kardiff”də çıxış edəcək.Qeyd edək ki, O.Ojo 2011-ci ildə “Liverpul”a transfer olunub. O, ötən mövsüm icarə əsasında Şotlandiya “Reyncers”ində oynayıb.