“Liverpul” klubunda koronavirus aşkarlandıbackend

İngiltərənin “Liverpul” klubunda koronavirusa yoluxma qeydə alınıb.

Sportfan.az “Kronen Zeitung” nəşrinə istinadən xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan komanda üzvlərdən birinin test nəticəsi müsbət olub.

Viruş aşkarlanan şəxs tamamilə təcrid edilib. Onun futbolçu və ya klubun işçisi olduğu açıqlanmayıb.

Qeyd edək ki, “Liverpul” 2019/2020 mövsümündə 30 ildən sonra çempion olub.