“Liverpul” Portuqaliya millisinin üzvünü transfer etdi- RƏSMİbackend

“Liverpul” heyətinə yeni futbolçu cəlb edib.

Sportfan.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Vulverhempton”un yarımmüdafiəçisi Dioqo Jotanla 5 illik müqavilə imzalanıb.

Portuqaliya yığmasının üzvü üçün 43 milyon avro ödənilib. 23 yaşlı yarımüdafiəçi yeni komandasında “20” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Jotan geridə qalan mövsümdə “Vulverhempton”da 48 oyunda 16 qol vurub, 6 məhsuldar ötürmə edib.