“Liverpul”dan növbəti qalibiyyətbackend

“Liverpul” çempionluğu rəsmiləşdirdiyi İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

Sportfan.az  xəbər verir ki, Yurgen Kloppun komandası 34-cü turda səfərdə “Brayton”la qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

“Brayton” – “Liverpul” – 1:3
Qollar: Salah, 6 (0:1), Henderson, 8 (0:2), Trossard, 45 (1:2), Salah, 76 (1:3)

Bu qələbə ilə “Liverpul” xalını 92-yə yüksəldib. “Mançester Siti” 69 xalla 2-ci, “Çelsi” 60 xalla 3-cüdür.