London derbisini “Tottenhem” qazandı- “Lester” darmadağın oldubackend

İngiltərə Premyer Liqasında XXXV turun növbəti oyunları keçirilib.

Sportfan.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

London derbisində “Tottenhem” “Arsenal”ı qəbul edib. Meydan sahibləri əzmkar qələbə ilə üç xal qazanıb.

“Vulverhempton” “Everton”la görüşdə böyük hesabla qalib gəlib. Premyer Liqada qalmağa çalışan “Aston Villa” “Kristal Pelas”ı iki cavabsız qolla üstələyib.

“Lester” “Bornmut”un qonağı olub. İlk “üçlüy”ə iddialı olan “tülkülər” hesabı açsa da, sonda böyük hesablı məğlubiyyətə üzülüb.

Qeyd edək ki, tura iyulun 13-də yekun vurulacaq.

İngiltərə Premyer Liqası
XXXV tur
12 iyul
“Tottenhem” – “Arsenal” – 2:1

Son, 19, Alderveyreld, 81 – Lakazett, 16
“Aston Villa” – “Kristal Pelas” – 2:0
Trezeqe, 45, 59
“Vulverhempton” – “Everton” – 3:0
Ximenes, 45 (pen.), Dendonker, 46, Yota, 74
“Bornmut” – “Lester” – 4:1
Stanislas, 66 (pen.), 83, Solanke, 67, 88 – Vardi, 23