Loran Blan “Barselona”nı çalışdıra bilərbackend

Fransa milisinin və PSJ-nin keçmiş baş məşqçisi Loran Blan “Barselona”nı çalışdıra bilər.

Sportfan.az xəbər verir ki, Kataloniya klubunun hazırda bu posta ən real namizədi məhz fransalıdır.

54 yaşlı mütəxəssis özü bu təyinatda maraqlıdır. Klubun idman direktoru Erik Abidal isə Kike Setyenin mövsümün sonunda yola salınıb, məhz onun bu posta gətirilməsinə çalışır. Abidal həmyerlisinin “Barselona”ya uyğun olduğunu düşünür. Blan 2016-cı ildən işsiz olduğundan, kataloniyalıları çalışdırmaq üçün böyük maaş da tələb etmir.

Qeyd edək ki Loran Blan 1996-97-ci illərdə “Barselona”da çıxış edib.