İstanbul şəhərində “Formula 1” üzrə Türkiyə Qran-prisi keçirilib.
Sportfan.az xəbər verir ki, “Mercedes” pilotu, ingiltərəli Lüis Hemilton yarışın qalibi olub. “Racing Point”dən Serxio Peres 2-ci, “Ferrari”dən Şarl Lekler isə 3-cü yerə sahib çıxıb.
Hemiltonun komanda yoldaşı və ən yaxın izləyicisi Valtteri Bottas finişə 14-cü çataraq, xal toplaya bilməyib. Nəticədə onların arasındakı xal fərqi 110-a çatıb ki, bu da britaniyalı pilotun sona 3 yarış qalmış dünya çempionu olmasına şərait yaradıb.
Beləliklə, Hemilton karyerasında 7-ci dəfə dünya çempionu olub. Nəticədə o, Mixael Şumaxerin rekorduna şərik çıxıb.