Lukas Bilya Türkiyə klubundabackend

Argentina millisinin sabiq futbolçusu Lukas Bilya karyerasını Türkiyədə davam etdirəcək.

Sportfan.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Fatih Karagümrük” klubuna keçib.

Super Liqa təmsilçisi ilə cənubi amerikalı arasında müqavilə imzalanıb. Lakin anlaşmanın detalları açıqlanmır.

Qeyd edək ki, 2011-18-ci illərdə oynadığı Argentina millisinin heyətində DÇ-2014-ün, həmçinin 2015 və 2016-cı illərdə keçirilən Amerika kubokunun finalçısı olan Bilyanın son klubu “Milan” idi.