Mahir Emreli Legia-da — RƏSMİbackend

Azərbaycan millisinin üzvü Mahir Emrelinin Polşanın Legia klubuna keçidi rəsmiləşib.

Sportfan.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ilə 2024-cü ilin 30 iyununa qədər müqavilə imzalıb. O, yeni komandasında 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Bakı-nın yetirməsi olan Emrelinin son klubu Qarabağ olub. O, 2015-ci ildən Ağdam təmsilçisində çıxış edirdi.