Mahirin zədəsi ilə bağlı baş məşqçidən AÇIQLAMAbackend

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 2-ci turunda “Keşlə” ilə matçda (0:0) zədələnən Mahir Emrelinin durumu haqda açıqlama verib.

Sportfan.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında 23 yaşlı hücumçunun  zədəsinin ciddi göründüyünü deyib: “Mahirin zədəsi ciddi görünür. Sərt zərbə aldı və ayağı burxuldu. Sabah dəqiq biləcəyik”.

Qeyd edək ki, M.Emreli “Keşlə” ilə görüşün ilk hissəsisinin sonlarında zədələnib və Elvin Cəfərquliyevlə məcburi əvəzlənib.