“Makkabi” mərhələ adladı – Avropa Liqasıbackend

UEFA Avropa Liqasında 1-ci tənifat mərhələsindən təxirə salınmış oyun keçirilib.

Sportfan.az xəbər verir ki, İsrailin “Makkabi” (Hayfa) klubu öz meydanında Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”ı qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Makkabi” (Hayfa, İsrail) – “Jelezniçar” (Bosniya və Herseqovina) – 3:1
Qollarr:
 İvan Lendriç, 34 (0:1), Tyaronn Şeri, 34 (1:1), Nikita Rukavitsa, 59 (2:1),  Yuval Aşkenazi, 66 (3:1)

2-ci təsnifat mərhələsinə vəsiqə qazanan “Makkabi” bu raundda Qazaxıstan “Kayrat”ı ilə qarşılaşacaq.

Qeyd edək ki, “Makkabi” – “Jelezniçar” matçı qonaq komandanın 11 üzvündə koronavirus aşkarlandığı üçün təxirə salınmışdı.