Maksim Medvedev Qurban Qurbanovu geridə qoydubackend

Belarusla keçirilən yoldaşlıq görüşü Azərbaycan millisinin kapitanı Maksim Medvedev üçün əlamətdar olub. Sportfan.az xəbər verir ki, Minskdəki qarşılaşmada start heyətində meydana çıxan müdafiəçi 69-cu dəfə yığmanın formasını geyinib.

Bununla Medvedev Azərbaycan yığmasında ən çox oyun keçirən futbolçuların siyahısında 7-ci yeri ələ keçirib. O, “Qarabağ”dakı baş məşqçisi Qurban Qurbanovu geridə qoymağı bacarıb.

65-ci dəfə millinin forması altında meydana çıxan yarımmüdafiəçi Qara Qarayev isə Emin Ağayevə çataraq, ən çox oyun keçirən futbolçuların sıralamasında 9-cu pilləyə şərik çıxıb.

Qeyd edək ki, Azərbaycan millisinin mütləq rekordçusu 111 oyunla “Zirə”nin hazırkı baş məşqçisi Rəşad Sadıqovdur (apasport.az).