“Mançester Siti” 41 milyon funta transfer etdi – Nathan Akenibackend

İngiltərə “Bornmut”unun futbolçusu Nathan Ake “Mançester Siti” klubuna transfer olub.

Sportfan.az klubun  saytına istinadən məlumatına görə, 25 yaşlı müdafiəçi ilə 5 illik müqavilə bağlanılıb. hollandiyalı oyunçunun keçidi 41 milyon funt sterlinqə başa gəlib.

Ötən mövsüm çempionatda 29 oyun keçirmiş Ake 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha əvvəl “Mançester Siti” İspaniya “Valensiya”sından Ferran Torresi heyətinə qatıb.

Yarımmüdafiəçi 5 illik sözləşməyə imza atıb.

Qeyd edək ki, Nathan Ake “Çelsi”nin yetirməsidir. O, əvvəllər “Redinq” və “Uotford”da da forma geyinib. “Bornmut” mövsümün yekunu olaraq, Premyer Liqanı tərk edib.