“Mançester Siti” “Lion”a qarşı – YENİLƏNİRbackend

Çempionlar Liqasında 1/4 final mərhələsi başa çatır.

Sportfan.az xəbər verir ki, bu gün Portuqaliyada mərhələnin son oyunu keçiriləcək.

Turnirin favoritləri arasında göstərilən “Mançester Siti” sürpriz şəkildə “Yuventus”u mübarizədən kənarlaşdıran “Lion”u sınağa çəkəcək. Lissabonda baş tutacaq oyunun favoriti “şəhərlilər” olsa da, Fransa təmsilçisi daha bir sensasiyaya imza atmağa çalışacaq.

Bu cütün qalibi yarımfinalda “Bavariya” ilə qarşılaşacaq.

Yoxlama görüşü
15 avqust
23:00. “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa)

Baş hakim: Danni Makkiele (Niderland)
Lissabon. “Joze Avelado” stadionu