“Mançester Siti” Nelson Semedo transferini bitirməkdə israrlıdırbackend

“Mançester Siti” “Barselona”nın müdafiəçisi Nelson Semedonu heyətinə cəlb etməkdə israrlıdır.

Sportfan.az xəbər verir ki, “şəhərlilər” portuqaliyalı ilə bağlı danışıqları davam etdirir.

Premyer Liqa təmsilçisi növbəti təkliflə kataloniyalılara müraciət edib. Bu dəfə Semedoya qarşılıq mərkəz müdafiəçisi Erik Qarsiya və sağ cinah müdafiəçisi Joao Kanselo “Barsa”ya təklif olunub. İspanların birincini Jerar Pikeyə layiqli əvəzləyici gözündə görməsi bu keçidin reallaşmasını sürətləndirə bilər.

Qeyd edək ki, Nelson Semedonun “Barselona” ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.