“Mançester Siti” növbəti qələbəsini qazandıbackend

İngiltərə Premyer Liqasının 36-cı turunda “Mançester Siti” doğma meydanda “Bornmut”a 2:1 hesabı ilə qalib gəlib.

“Mançester Siti” – “Bornmut” – 2:1
Qollar: Silva, 6 (1:0), Xesus, 39 (2:0), Brooks, 88 (2:1)

Sportfan.az xəbər verir ki, bu qələbə ilə xalını 75-ə yüksəldən “Mançester Siti” 2-ci pillədə qərarlaşıb. Çempion “Liverpul”un 93, 3-cü pillədə olan “Çelsi”nin 63 xalı var.