“Mançester Siti” Torresi transfer etdibackend

“Mançester Siti” “Valensiya”nın futbolçusu Ferran Torresi transfer edib.

Sportfan.az xəbər verir ki, “şəhərlilər” bu keçid üçün 37 milyon funt-sterlinq təzminat ödəyib.

20 yaşlı sağ cinah vingeri ilə 5 illik müqavilə imzalanıb. İspaniyalı futbolçu ötən mövsüm “yarasalar”da keçirdiyi 44 oyunda 6 qol vurub, 8 məhsuldar ötrürmə edib.