“Mançester Siti” ulduz futbolçusu ilə müqaviləni yeniləyir- 2025-ə qədərbackend

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne yeni müqavilə imzalamağa hazırlaşır.

Sportfan.az xəbər verir ki, “şəhərlilər” Belçika millisinin üzvü ilə danışıqlara start verib.

Premyer Liqa klubunun İdman Arbitraj Məhkəməsi tərəfindən cəzası ləğv edildiyi üçün 29 yaşlı orta sahə oyunçusu qalmağa razılıq verib. “Mançester Siti” ulduz futbolçuya yeni 2 illik saziş təklif edib. Hazırkı anlaşması 2023-cü ilin yayına qədər olan hücumameyilli oyunçu razılıq əldə olunarsa, 2025-ci ilin yayına qədər kluba məxsus olacaq.

Qeyd edək ki, Kevin De Bruyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir