“Mançester Siti” və “Lion” 1/4 finalda – Yenilənibbackend

 Koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası bu gün bərpa olunub.

Sportfan.az xəbər verir ki, ilk oyun günündə 1/8 finalın iki cavab oyunu keçirilib.

Fransada “Lion”a 0:1 hesabı ilə uduzan “Yuventus” bu dəfə rəqibi ilə Turində qarşılaşıb. İtaliya təmsilçisi 2:1 hesabı ilə qalib gəlsə də, bu, növbəti mərhələ üçün bəs etməyib. “Lion” səfərdə vurduğu qol sayəsində 1/4 finala vəsiqə qazanıb. Gecənin digər görüşündə isə “Mançester Siti” Madrid “Real”ını qəbul edib. Səfərdə 2:1 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi cavab oyununda da eyni hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.