“Mançester Siti”də 9 milyon avro qazanacaq- Kulibalibackend

“Napoli”nin müdafiəçisi Kalidu Kulibali “Mançester Siti”yə keçməyə çox yaxındır.

Sportfan.az xəbər verir ki, ulduz futbolçu Premyer Liqa təmsilçisi ilə müqavilənin şərtlərini razılaşdırıb.

Anlaşmaya əsasən, Seneqal millisinin üzvü “şəhərlilər”lə 5 illik saziş bağlayacaq. 29 yaşlı oyunçunun illik məvacibi 9 milyon avro olacaq. Futbolçu həmçinin 3 milyon avroluq bonus da qazana bilər. Hazırda klublar arasında danışıqların son mərhələsi gedir. Tərəflərin 70 milyon avroda ortaq məxrəcə gəlməsi gözlənilir.

Qeyd edək ki, Kalidu Kulibalinin “Napoli” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.