“Mançester Siti”dən 165 milyon avro- transferlər üçünbackend

“Mançester Siti” rəhbərliyi transferə 165 milyon avroluq büdcə ayırıb.

Sportfan.az xəbər verir ki, “şəhərlilər” 3 futbolçunu heyətinə cəlb etməkdə israrlıdır.

Məlumata görə, komandanın baş məşqçisi Pep Qvardiola “Bavariya”nın müdafiəçisi David Alaba, “Napoli”nin üzvü Kalidu Kulibali və “İnter”ın hücumçusu Lautaro Martinesin alınmasını istəyir.

Rəhbərliyin bu oyunçular üçün 165 milyon avro ayırdığı bildirilir. İdman Arbitraj Məhkəməsi (CAS) “Mançester Siti”nin iki illik avrokuboklardan kənarlaşdırma cəzasını ləğv edib.