“Mançester Siti”nin ÇL-sı qadağası ləğv olundu- RƏSMİ“backend

“Mançester Siti”nin növbəti iki mövsüm ərzində Çempionlar Liqasından kənarlaşdırılması qərarı ləğv olunub.
Sportfan.az xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) bugünkü iclasında klubun müraciətini təmin edib. Eyni zamanda UEFA-nın qərarı ilə klubun 30 milyon avroluq cəriməsi 10 milyon avroya endirilib. Bu barədə CAS-ın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, “Siti” feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən 2 illik avrokuboklardan uzaqlaşdırılmış və 30 milyon avro məbləğində cərimələnmişdi.

“Mançester Siti” 35 turdan sonra Premyer Liqada 72 xalla 2-cidir. Komanda növbti mövsüm Çempionlar Liqasında iştirak edəcək.