“Mançester Siti”nin futbolçusu  klubla vidalaşdı- komanda üçün darıxacağambackend

“Mançester Siti”nin futbolçusu David Silva klubla vidalaşıb.

Sportfanl.az xəbər verir ki, İngiltərə klubu ilə müqaviləsi ölkə çempionatında bu mövsüm başa çatdıqdan sonra bitəcək 34 yaşlı yarımmüdafiəçi “Tvitter” hesabında yazıb: “Bu komanda üçün darıxacağam”.

Qetd edək ki, D.Silva 2010-cu ildə “Valensiya”dan “Mançester Siti”yə transfer olunub.

Əlavə edək ki,  ispan oyunçunun müqaviləsi qarşılıqlı razılaşma ilə yenilənməyəcək.