“Mançester Siti”nin transfer siyahısı- Adlarbackend

Avrokuboklardan kənarlaşdırılma cəzası ləğv edilən “Mançester Siti” heyətini gücləndirmək üçün hərəkətə gəlib.

Sportfan.az xəbər verir ki, baş məşqi Pep Qvardiola artıq transfer siyahısını rəhbərliyə təqdim edib.

İspaniyalı mütəxəssis “Napoli”nin müdafiəçisi Kalidu Kulibali, “Bavariya”lı David Alaba, “Valensiya”nın vingeri Ferran Lopes və “İnter”in hücumçusu Lautaro Martinesin transfer edilməsini istəyir. Həmçinin Kevin De Bruyne, Rahim Sterlinq və Qabriel Jezuşla yeni müqavilənin imzalanması gözlənilir. İngilislər eyni zamanda Qvardiolanın özünə də yeni uzunmüddətli sözləşmə təklif etməyi planlaşdırır.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında sona 3 tur qalmış 2-ci yeri təmin edən “Mançester Siti” gələn mövsüm Çempionlar Liqasında iştirak edəcək.